Zabit Səmədov bosniyalı rəqibinə qalib gəldi

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.
 

Newsport.az-ın məlumatına görə, ötən gün Çeçenistanın paytaxtı Qroznıda "Akhmat Fight Show" çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı bosniya və hersoqovinalı rəqibi Dzevad Poturakla üz-üzə gəlib. 

Üçraundluq qarşılaşmadan sonra hər üç hakimin yekdil qərarı ilə Zabit qələbəni bayram edib. Döyüşdən sonra Zabit fikirlərini bölüşüb: 

"Ətrafda dostlar, yerlilər və ən böyük azarkeş - dostum və qardaşım Ramzan Kadırov var. Mənə "Əhməd" klubunda çıxış etmək imkanı yaratdığı üçün Ramzan Kadırova minnətdarlığımı bildirirəm və öz qələbəmi Çeçen Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right