Dünya karate Federasiyasının Premyer Liqa turnilərindən "İstanbul Open" yarışında iştirak edən idmançılarımızdan Roman Heydərov gümüş medala sahib olub.
Newsport.az saytının məlumatına görə, 14-15 yaşlıların kata yarışlarında Dünya kubokunun qalibi bu dəfə qızıl medalı bir xal fərqi ilə əldən verib.
Kata üzrə böyük məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə yarışda çıxış edən digər idmançılarımız Tural Balcanlı, Rafiq Əmirov və Ədilə Qurbanova isə mükafatçılar arasına düşə bilməyiblər.
Onlardan başqa Premyer Liqaya yollanan kumiteçilərimiz mübarizəyə qatılıblar. Yarış bazar günü başa çatacaq.