Qazaxıstan və Slovakiya Dünya kubokunda ilk medalını qazand

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya kubokunun 6-cı günündə 2 növdə mükafatçılar müəyyənləşib.

Newsport.az-ın gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, qadınlar üç vəziyyətdən – ayaq üstə, dizi üstə və uzanaraq 50 m məsafədən atəş açmaqda qüvvəsini sınayıb. İlk iki yer Çin idmançılarına nəsib olub. 3-cü pilləni isə Rusiya təmsilçisi ələ keçirib. Kişilərin 10 m məsafədən tapança ilə atəş açmaq yarışlarında Koreya idmançısı qalib gəlib. Qazaxıstan və Slovakiya isə Dünya kubokunda ilk medalını qazanıb.

Tüfəng, 50 m, üç vəziyyətdən atəş, qadınlar
1. Donqi Çen (Çin)
2. Silinq Yi (Çin)
3. Anna Jukova (Rusiya)

Tapança, 10 m, kişilər

1. Çeonqyonq Kim (Koreya)
2. Vladimir İssaçenko (Qazaxıstan)
3. Juray Tuzinski (Slovakiya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right