Bakıda daha bir yeni klub yaradıldı: 10 məşqçisi və 450 uşağı var

Azərbaycanda son illər dövlət tərəfindən genişləndirilən idman infrastrukturuna şəxsi təşəbbüslərlə yaradılan mərkəzlər də öz töhfəsini verir. Cüdo idman növünün ölkədə populyarlığını nəzərə alaraq bu sahədə idman mərkəzlərinin sayının artırılması vacib məsələlərdəndi. Məhz bu məqsədlə 3 il əvvəl yaradılmış "Cudo 2012" mərkəzi yaşından asılı olmayaraq, bir çox idmançının hazırlıq məkanına çevrilib.

Cüdodan əlavə burada idmanın gimnastika, akrobatika növləri ilə də məşğul olmaq mümkündür. Klub ümumilikdə 500-600 idmançı üçün nəzərdə tutulub. Hazırda "Cüdo 2012" klubunda müxtəlif yaşda təxminən 450 idmançı məşq edir ki, onlar da 10 məşqçinin nəzarətindədi.

Newsport.az-ın məlumatına görə, məşqlər gün ərzində 5-6 qrup olmaqla müxtəlif saatlarda keçirilir.Ustalararası ikiqat dünya çempionu, veteranlar arasında dünya və Avropa çempionu olan Azər Əsgərov tərəfindən 2012-ci ildə yaradılan cüdo klubunun əsas məqsədi ölkədə bu idman növünün inkişafı və populyarlaşdırılmasıdı. "Report" cüdo klubundan hazırladığı videomaterialı təqdim edir:

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right