İngiltərə ilə İrlandiya arasında Böyük Britaniyanın müstəmləkəsi sayılan Man ada dövlətindən hər ilk dünyanın ən təhlükəli motosiklet yarışı keçirilir. 1907-ci ildən bəri təşkil olunan bu yarışda sürət həddi yoxdur. Motosikletçilərin 320 km/saat-dan çox sürət yığdıqları turnir adanın küçələrində keçirilir.
Dünyanın dört bir yerindən on minlərlə motosiklet həvəskarı bu yarışı izləmək üçün hər il ümumilikdə 80 min əhalisi olan bu adaya səyahət edir. “İsle of Man TT” adlanan bu turnir o qədər təhlükəlidir ki, bu günə qədər 250 yaxın iştirakçı qəza keçirərək həyatını itirib. Yüzlərlə insan isə ciddi şəkildə yaralanıb.
Yarış kənd yollarından fərqi olmayan parkourda keçirildiyindən izləyicilər arasında da çox sayda yaralanan olur.
60 kilometr məsafədə mübarizə aparan iştirakçılar arasında “İsle of Man TT” yarışını ən çox şimali irlandiyalı Coy Danlop qazanıb. 48 yaşında həyatını itirən Coy “Ölüm yarışı”nda 26 dəfə qələbə sevinci yaşayıb.
Tərcümə etdi: İlkin Sultanlı