Beş nəfər 11 qat Azərbaycan çempionu olan polis bıçaqlandı

İyulun 29-da Qaradağ rayonu ərazisində 11 qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. 

Newsport.az-ın məlumatına görə, bu barədə oxu.az-a çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı məlumat verib.

Məlumata əsasən, Qaradağ rayonunun Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran polis kapitanı Kamil Şərifov təkbaşına beş nəfər şübhəli şəxsi saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq zərbəsi endirib.

11 dəfə Azərbaycan çempionunu bıçaqlayan şəxslər ərazidən uzaqlaşıblar. Onun sözlərinə görə, 4 qat dünya çempionu təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orda da əməliyyat olunub. K.Şərifov idmançılar arasında “Prince Baku” ləqəbi ilə də tanınır. Hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur. K.Şərifovun yaxın dostu, məşqçi Kamil Zeynallı öz İnstagram səhifəsində onun xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə fotosunu yayıb.

Fotonun yanındakı şərh bölümündə isə yazılıb: “Allah şəfa versin, qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdı hər şey. Səni belə incidənlər çox getməz, qardaşım. “Prince Baku”, daima biz dostların sənin yanındayıq... Gecə saat 1-də vəzifə borcunu yerinə yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right