Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü

İyulun 25-26-da Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub. 

Newsport.az-ın məlumatına görə, 80 kq çəkidə Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala çıxıb. O, finalda erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb.

 Görüşdə erməni rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb. Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidi. B.Əliyev ATV.az-a açıqlamasında görüş haqda bunları bildirib: "Bu qələbəni canım vətənim, millətim adına aldığıma görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right