Sabah jurnalistlər arasında velosiped yarışı keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında "Media Kuboku" yarışı keçirəcək.
Newsport.az-ın məlumatına görə, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, fotoqraf və s.) iştirak edə bilər.
 
Məkan: Velopark (Şıxov)
Başlama vaxtı: 22 iyul, saat 18:00
 
Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və "2 Təkər" velosiped mağazasından qiymətli hədiyyələr gözləyir.
 
Velosiped və baş geyimi olmayanlar federasiya tərəfindən zəruri avadanlıqlarla təmin ediləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right