Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin Dünya Çempionatına hansı heyətlə yollanacağı bəlli olub.
Newsport.az saytının məlumatına görə, komandamızın iştirak ərizəsinə ümumilikdə 20 oyunçunun adı salınıb. Bu dəfəki heyətdə yeni gənc oyunçuların da adlarını görmək mümkündür. Ölkəmizi mötəbər turnirdə təmsil etmək şərəfinə layiq görülən voleybolçular bunlardır:
Hücumçular: Odina Bayramova (Əliyeva), Polina Rəhimova, Yana Ağayeva, Anastasiya Qurbanova, Yekaterina Jidkova, Liza Səmədova, Ülkər Kərimova
Blokerlər: Kseniya Kovalenko, Yelena Parxomenko, Ayşən Abduləzimova, Aynur Kərimova,
Toppaylayıcılar: Oksana Parxomenko, Natəvan Qasımova, Şəfaqət Həbibova, İrina Makarenko, Kristina Yaqubova
Libero: Oksana Kisilyova, Ceyran Əliyeva, Leyla Parşkova
Faiq Qarayevin oyunlara çıxaracağı 12-lik isə hələ ki, açıqlanmayıb. Onu da əlavə edək ki, əsas ümidlərimizdən olan hücumçumuz Natalya Məmmədova zədə səbəbindən bu dəfə komandamıza kömək edə bilməyəcək. Kapitan sarğısı isə yenə təcrübəli oyunçumuz Oksana Parxomenkoya həvalə olunub.
Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada təşkil olunacaq dünya birinciliyində yığmamız D qrupunda mübarizə aparacaq. Rəqiblərimiz isə Yaponiya, Çin, Puerto-Riko, Belçika və Kuba kollektivləridir.a