4 idmançımız 100 ən yaxşı arasında

Beynəlxalq  şahmat  Federasiyası  sentyabr ayının   01-nə olan şahmatçıların  reytinq siyahisini açıqlayıb.
 
Newsport.az saytının məlumatına görə, ölkələrin reytinq cədvəlində Azərbaycan 163 ölkə arasında  13-cü pillədədir.
 
Dünyanın ilk 100 ən güclü şahmatçıları arasında 4 həmyerlimiz yer alıb. Təmsilçilərimizdən ən yüksək reytinqə malik Şəhriyar Məmmədyarov 6 pillə irəliləyərək 2756  beynəlxalq əmsalla 12-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov 2717 əmsalla 33-cü , Rauf Məmmədov 2660 əmsalla 93-cü  və Eltac Səfərli isə 2655 əmsalla 100-cü pillədə qərarlaşıb.
 
Sürətli şahmat üzrə  Dünyanın ən güclü şahmatçıları  siyahısında beynəlxalq qrossmeystr Teymur Rəcəbov 2776 əmsalla 11-ci, Şəhriyar  Məmmədyarov isə  2739  əmsalla 22-ci pillədədir.
 
Blits üzrə isə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2824 əmsalla 6-ci, Rauf Məmmədov  2767 əmsalla 3 pillə irəliləyərək ilk onluqda qərarlaşıb.Teymur Rəcəbov isə 2715 əmsalla 33-cü  yerdədir.
 
Səbinə İbrahimova  (beynəlxalq usta), Günay Məmmədzadə (beynəlxalq usta), və Nərmin Xələfova (FİDE ustası)  da 100 ən güclü şahmatçı qizlarin siyahisinda yer alıblar.
 
Oğlanlar arasında beynəlxalq  qrossmeysterlər Nicat Abasov ,Ülvi Bacarani və  beynəlxalq  usta Zaur Məmmədov   100 ən  güclü gənc şahmatçılar siyahısındadır




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right