Güləşçilərimiz 1 qızıl, 1 bürünc medalla qayıdır

Rusiyanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.  

Newsport.az-ın məlumatına görəDağıstandakı yarışda iştirak edən Azərbaycan sərbəst güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıblar.

Qızıl medala 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov sahib çıxıb. Bütün rəqiblərindən üstün olan C.Əzimov həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib. Bürünc medalı isə Ağahüseyn Mustafayev (61 kq) əldə edib. 3-cü yer uğrunda həlledici görüşdə o, Rusiya təmsilçisi Rüstəm Abdurəşidovdan üstün olub. Digər pəhləvanlardan Ruslan Qasımov (57 kq), Məhəmmədhacı Muxutov (74 kq) və Qalib Əliyev (61 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Qeyd edək ki, görüşləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev də olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right