Mehriban Əliyeva:"Azərbaycan ən yüksək standarta uyğun idman tədbiri keçirdi"

“İlk Avopa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. Hörmətli həmyerlilər, idmançılar, prezident İlham Əliyev, qonaqlar, Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibəti ilə sizi ürəkdən təbrik edirəm”.

 

Newsport.az-ın məlumatına görə, bunu Bakı 2015: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı 2015: I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.

 

Daha sonra İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən duyduğu fərəh hisslərini diqqətə çatdıran  Azərbaycanın birinci xanımı  Mehriban Əliyeva  bunları deyib: Qürur hissi duyuruq ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbiri keçirdi.Bütün xalqımız öz atletləri ilə qürur duyur. Azərbaycan atletləri ümumi yarışda ikinci yeri tutdu. Bütün atletlərə yarıda iştirak etdiyi üçün təşəkkür edirəm. Bu oyunlar sizin oyunlarınızdır və nailiyyətləriniz bizi ilhamlandırır. Hamınızı təbrik edirəm.

 

Mən Avropa Oyunlarını qətiyyəti və səyi ilə reallığa çevirən Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və xidməti olan hər kəsə, azarkeşlərə təşəkkür edirəm. Siz oyunlar üçün coşqu yaratdınız. Mən gözəl könüllülərimizə minnətdarlıq edirəm. Siz olmadan bu tədbiri keçirə bilməzdik. Siz bütün Avropadan Azərbaycana xoş gəldiniz və dostluq festivalının bir hissəi oldunuz. Biz köhnə dostlarımızı salamladıq və yeni dostlar qazandıq.

 

Bakıda qarşıdakı illərdə Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa Çempionatının oyunları keçiriləcək”.

 

M. Əliyeva ölkəmizdən və xalqımızdan böyük qürur duyduğunu vurğulayıb:

Atletlər, sağ olun!

Dostlar, sağ olun!

Azərbaycan, sağ ol!”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right