"Hər bir yarış təcrübədir"-Pərviz Bağırov

"Rəqibim tanınmış idmançı idi. Hazırlaşırdım ki, yalnız onun taktikasına uyğun döyüşüm və istədiyim də alındı. Finala ən güclü idmançılar yüksəlmişdi. Hər bir yarış təcrübədir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında 69 kq çəki dərəcəsində qızıl medal qazanan boksçumuz Pərviz Bağırov jurnalistlərə deyib.

O, qələbəsini anasına, dostlarına, tanışlarına, və qohumlarına həsr etdiyini bildirib:

"Qarşıdakı ən önəmli yarışım  Rio-2016 Olimpiadasıdır. Biz də yerimizdə addımlamayacaq, məşq edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right