Bu gün "Bakı-2015" I Avropa Oyunlarının üzgüçülük yarışlarına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının iki üzvü qüvvəsini sınayıb.
50 metr məsafəyə sərbəst üsulla üzən təmsilçimiz Dorian Fazekaş finiş xəttinə 24,53 saniyəyə çatıb. O, bu nəticəsi ilə 60 idmançı arasında 53-cü olub.
Anna Mançenkova isə batterflay üsulu ilə 50 metr məsafəni 30,98 saniyəyə qət edib. O, yarışı 49-cu pillədə başa vurub.
4x100 metr məsafəyə kombinə olunmuş estafetdə yarışan yığmamız 3 dəqiqə 52,91 saniyə ilə 17 iştirakçı arasında 15-ci olub.