"Bakı-2015": Millimiz yenə "tay-brek"də uduzdu,Türkiyə çempion oldu YENİLƏNİB

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, yarışın son günündə mükafatçılar bəlli olub.

Azərbaycan yığması bürünc medal uğrunda Serbiya ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Tay-brekdə rəqibinə 9:15 hesabı ilə uduzan Azərbaycan millisi Avropa Oyunlarını dördüncü pillədə başa vurub.

Final qarşılaşmasında isə  Türkiyə və  Polşa komandaları üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn Türkiyə qızıl medal qazanıb.

 


27 iyun

 
Bürünc medal uğrunda

16:00. Azərbaycan – Serbiya - 2:3 (25:21, 19:25, 25:17, 14:25, 9:15)

 

Final

18:30. Türkiyə - Polşa - 3:0 (25:11, 25:19, 25:13)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right