"Bakı2015"də yarış təxirə salındı

Hava şəraiti ilə əlaqədar BMX yarışları təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, ilk Avropa Oyunlarında küləkli hava şəraiti ilə əlaqədar BMX yarışları başqa vaxta keçirilib. Bununla bağlı rəsmi sayt açıqlama yayıb: Həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti ilə əlaqədar olaraq BMX velosiped yarışları yeni tarixdə keçiriləcək. Zamana qarşı təsnifat yarışları cümə günü saat 14:30-da başlayacaq. Bunun ardınca saat 17:00-də kişi və qadınlar arasında motokros yarışları baş tutacaq. Şənbə günü yarış olmayacaq. Yarımfinal və final yarışları isə bazar günü saat 15:00-də start götürəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right