"Bakı-2015":Teymur Məmmədov qızıl medal qazandı YENİLƏNİR

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında boks yarışlarının yarımfinal mərhələsi keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Kristal Zal 2-də keçiriləcək yarışlarda Azərbaycanın  üç boksçusu medal uğrunda mübarizə aparacaq.



25 iyun

Boks, Qadınlar

Yarımfinal

 

54 kq

Boksçumuz Anna Əlimərdanova qadınlar arasında yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gəlib. Rəqibinə 0:3 (36:40, 37:39, 36:40) hesabı ilə uduzan Əlimərdanova finala yüksələ bilməyib. Nəticədə boksçumuz yarışı bürünc medalla başa vurub. 
 


Kişilər

52 kq

Bu çəki dərəcsində mübarizə aparan Elvin Məmişzadə finala çıxmaq uğrunda almaniyalı Hamza Touba ilə döyüşüb. Hər üç raundda rəqibindən üstün olan 3:0 (29:28, 29:28, 29:28) boksçumuz finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə italiyalı Vinçenzo Pikardi ilə üz-üzə gələcək. Onun rinqə sabah, saat 18:45-də çıxacağı gözlənilir. 


64 kq

Azərbaycan idmançısı Kollazo Sotomayor yarımfinal mərhələsində ukraynalı rəqibi Viktor Petrovla üz-üzə gəlib. Rəqibinə 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn təmsilçimiz finala adını yazdırıb. O, həlledici görüşdə İtaliya boksçusu Vinçenzo Manqiakapre ilə münasibətlərinə aydınlıq gətirəcək. Döyüşün sabah, saat 19:15-də başlayacağı gözlənilir. 

 

+91 kq

Yığmamızın medal ümidlərindən olan Məhəmmədrəsul Məcidov yarımfinal matçına çıxa bilməyib. Həkimlər 1/4 finalda türkiyəli boksçu Əli Dəmirəzənlə görüşdə ciddi zədə alan Məcidovun yarımfinal matçına çıxmasına icazə verməyib. Bununla da "Bakı-2015"də çıxışını yekunlaşdıran idmançımız yarışı bürünc medalla başa vurub. 



Final 

81 kq 


Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandıra bilər. O, həlledici görüşdə italiyalı Valentino Manfredoniaya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycanın "Bakı-2015" Birinci Avropa Oyunlarındakı 15-ci qızılı olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right