“Bakı-2015”: Teymur Məmmədov finalda

Bu “Bakı-2015” I Avropa Oyunlarında boks üzrə 1/4 və yarımfinal oyuları keçirilib.

Newsport.az-ın məlumatına görə, 1/4 finalda biri qadın digəri kişi olmaqla iki boksçumuz mübarizə aparıb.

Yarımfinalda isə Tayfur Əliyev və Teymur Məmmədov meydana çıxıb.




24 iyun

1/4 final

Qadınlar

60 kq


Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60 kq) dərəcəsi üzrə 1/4 finalda Zinaida Dobrinina ilə yarışıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib və yarımfinala yüksəlib. Təmsilçimiz Olimpiya çempionu, dünya və Avropa çempionatlarının qalibi irlandiyalı Keti Teylorla qarşılaşacaq. Döyüşün iyunun 26-da saat 12:45-də başlayacağı gözlənilir.



Kişilər

75 kq


Xaybula Musalov kişilər arasında yüngül çəki (75kq) dərəcəsində belaruslu Vitali Bandarenka ilə mübarizə aparıb. Hər üç raundda rəqibindən üstün olan Musalov yarımfinala yüksəlib. O, finala gedən yolda macarıstanlı Zoltan Harksa ilə üz-üzə gələcək. İyunun 26-da keçiriləcək döyüşün startı saat 14:15-ə nəzərdə tutulub. 



Yarımfinal

Kişilər

56 kq


Yığmamızın lidelərindən olan Tayfur Əliyev yarımfinal qarşılaşmasında  rusiyalı Baxtovar Nazirov ilə görüşüb. Bu görüşdə idmançımız 1:2 hesabı ilə uduzub.

 

81 kq

Digər  təmsilçimiz  Teymur Məmmədov yüngül-ağır (81 kq) çəki dərəcəsində Rusiya idmançısı Pavel Silyaqinə qarşı yarımfinal görüşünə çıxıb və 2:1 hesabı ilə qalib gəlib. İdmançımızın finaldakı rəqibi rusiyalı Valentino  Manfredonia olacaq. Həlledici döyüş sabah saat 19:00-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right