Badmintoçularımızdan uğursuz nəticə

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında badminton yarışlarında qrup mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, təklərin yarışında ölkəmizi təmsil Kamran Rzayev B qrupunda son matçını italiyalı Rosario Maddaloniyə qarşı keçirib. 0:2 (3:21, 4:21) hesabı ilə uduzan  badmintonçumuz qrupda 3-cü yeri tutub. Bununla da o, 1/8 finala çıxa bilməyərək, mübarizəni dayandırıb.
 
Cütlərin yarışında isə təmsilçilərimiz Kamran Rzayev və Orxan Qələndərov rusiyalılar Vladimir İvanov və İvan Sozonovlə görüşüb. 1/4 finala yüksəlmək uğrunda yarışda rəqiblərinə 0:2 (15:21, 13:21) hesabı ilə uduzan təmsilçilərimiz qrupda sonuncu yeri tutaraq mübarizəni dayandırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right