"Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçuların yarışında 1/4 final cütləri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, mübarizəni davam etdirəcək 8 komandanın siyahısı qrup mərhələsinin son turunda dəqiqləşib.
A qrupunda 2-ci yeri tutan Azərbaycan millisi iyunun 23-ü B qrupunun üçüncüsü Almaniya ilə qarşılaşacaq.
23 iyun
Voleybol, qadınlar
1/4 final
Türkiyə - Rusiya
Azərbaycan - Almaniya
Hollandiya - Polşa
Serbiya - Belçika