Bu gün "Bakı-2015" Birinci Avropa Oyunlarında bədii gimnastika üzrə lentlə hərəkətlərdə qaliblər müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu yarışlarda Azərbaycanı Marina Durunda təmsil edib. Hakimlərdə 18.200 xal alan gimnastımız gümüş medal qazanıb.
Qızıl medala 19.000 xalla rusiyalı Yana Kudryavtsva, bürünc medala isə 17.950 xalla gürcüstanlı Salome Pazhama sahib çıxıb.