"Bakı-2015": Millimiz Türkiyəyə uduzdu YENİLƏNİR

"Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb

Hər iki komanda artıq 1/4 finala vəsiqəni təmin edib. Lakin bu oyun həm Azərbaycan, həm də Türkiyə yığması üçün mühüm əhəmiyyət kəsb edib. Belə ki, bu görüşdə qalib gələcək yığma qrupun qalibi olacaqdı. Ancaq bu oyunda millimiz 0:3 hesabı ilə uduzub.  Bu qələbə ilə Türkiyə qrupu birinci pillədə başa vurub.

Qrupumuzda 1/4 finala vəsiqəni təmin edən digər yığma Polşa son turda Belçika ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub. Digər oyunda Rumıniya İtaliyaya 3:0 hesabı ilə qalib gəlib.


21 iyun 

A qrupu

20:00. Türkiyə - Azərbaycan -  3:0 (25:23, 26:24, 25:21)

09:00. Belçika – Polşa - 3:2 (25-22,21-25,23-25,25-22,16-15)

14:30. İtaliya – Rumıniya - 0:3 (23-25, 16-25,21-25)




 

1.

Türkiyə

5

4

1

14-3

13

2.

Azərbaycan

5

4

1

12-7

11

3.

Polşa

5

3

2

11-8

9

4.

Belçika

5

2

3

8-11

6

5.

Rumıniya

5

1

4

4-12

3

6.

İtaliya

5

1

4

4-12

3

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right