Prezident ağlayan idmançımıza belə dəstək oldu

Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir. 

Newsport.az-ın məlumatına görə, həmin gənc belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.

Prezident İlham Əliyev döyüşü zalda izləməsə də Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right