Tennisçilərimiz Avropa Oyunlarında mübarizəni dayandırdı

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarına start verilib.

Newsport.az-ın məlumatına görə, kişi və qadınların yarışında ilk dövrənin oyunları keçirilir.

Azərbaycan təmsilçilərindən ikisi kişi, ikisi də qadın olmaqla 4 tennisçimiz bu gün mübarizəyə qoşulacaq.

Rüfət Quliyevanın startı uğursuz alınıb. Rumıniyalı Bernadet Şoşla qarşılaşan təmsilçimiz rəqibinə 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.

Digər qadın tennisçimiz Məryəm İmanova ispaniyalı Qalla Dvorakla münasibətlərinə aydınlıq gətirib. Lakin M.İmanova da R.Quliyeva kimi rəqibinə 0:4 (5:11, 9:11, 10:12, 4:11) hesabı ilə uduzaraq yarışla erkən vidalaşıb. 

Kişilərin yarışında təmsilçilərimizdən Ramil Cəfərov polşalı Jenqyi Vanqla qarşılaşıb. O da digər iki təmsilçimizin aqibətini yaşayıb. Rəqibinə 0:4 (6:11, 5:11, 9:11, 5:11) hesabı ilə uduzan R.Cəfərov mübarizəni dayandırıb.

Son təmsilçimiz Fərhad İsmayılov isə  italiyalı Matey Boboçika ilə dueldən məğlub ayrılıb – 0:4 (5:11, 5:11, 8:11, 9:11).

Qeyd edək ki, komanda yarışlarında da təmsilçilərimiz ilk oyunda məğlub olub. İyunun 13-də qadınlarımız Fransa, kişi komandamız Polşa ilə görüşdə 0:3 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right