"Neftçi" İK-dan uğurlu çıxış

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi davam edir.

Newsport.az-ın məlumatına görə, “Neftçi İdman Klubu”nun yarışda təmsil olunan pəhləvanlarından Kənan Cəfərov (58 kq) və Ramin Cəfərov (63 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionluğunun sevincini yaşayıblar.

Klubun digər yeniyetmələrindən Nurlan Dadaşov (54 kq) gümüş, Əsgər Əlizadə (42 kq), Elşad Məmmədov (50 kq) və Kamran Mirzəliyev (58 kq) isə bürünc medala sahib olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right