Boksçularımız Moskvadan uğurla döndü

Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, komandamız yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.

60 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov  yarımfinalda Monqolustan nümayəndəsi Otqondalal Dorjuambuya uduzaraq, bürünc medalla kifayətlənib.

52 kq çəki dərəcəsində çıxış edən İbrahim İbrahimov isə yarımfinalda koreyalı Kim Jae Kyonq üzərində qələbə qazanıb. Boksçumuz finalda özbəkistanlı Abdurjon Kadırovu da məğlub edərək, beynəlxalq turnirin qalibi adına layiq görülüb.

Sayca VII dəfə keçirilən yarışda 16 ölkənin 100-ə yaxın dəri əlcək ustası mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right