Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnir davam edir.
Newsport.az-ın məlumatına görə, sayca 7-ci dəfə keçirilən yarışda 16 ölkənin 100-ə yaxın dəri əlcək ustası mübarizə aparır.
Turnirin ikinci günündə rinqə çıxan hər iki idmançımız qələbə qazanıb. 52 kq çəki dərəcəsində çıxış edən İbrahim İbrahimov Qazaxıstan nümayəndəsi Saqındıq Moldaşev üzərində qələbə qazanıb. 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov (60 kq) rusiyalı Mixail Varlamovu mübarizədən kənarlaşdırıb.
Yarışa mayın 17-də yekun vurulacaq.