Azərbaycan paralimpiyaçıları Seulda keçirilən Ümumdünya Oyunlarında daha iki qızıl medal qazanıblar.
Newsport.az-ın məlumatına görə, atletika yarışlarında iştirak edən Elçin Muradov bütün rəqiblərini qabaqlayıb.
İdmançımız uzunluğa tullanma yarışlarında hamıdan yaxşı nəticə göstərib - 6,09m.
100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında isə Azərbaycan idmançısı Dmitri Saley Oyunların baş mükafatını qazanıb (1.08, 36 san).
Ümumi hesabda idmançılarımız Seul Ümumdünya Paralimpiya Oyunlarında 6 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Bütün medal qazanan idmançılar "Neftçi İdman Klubu"nu təmsil edirlər.