Yığmamızdan darmadağın

Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə qarşılaşmaya və Avropa Oyunlarına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakıda təlim-məşq toplanışında olan Sloveniya yığması ilə üz-üzə gəliblər.

Matç həmyerlilərimizin aşkar üstünlüyü şəraitində keçib. Komandamız rəqibinə 1 set belə güzəştə getmədən qələbə qazanıb – 3:0.

Millimiz mayın 17-dək paytaxtımızda olacaq sloveniyalılarla daha 2 oyunda güclərini sınayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right