Belarus Bakıya gətirəcəyi boksçuları açıqladı

Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Belarus milli komandasının heyəti məlum olub.

Newsport.az-ın məlumatına görə, Bakıya gələcək heyətdə azərbaycanlı idman həvəskarlarına tanış olan simalar da var.

“Baku Fires” klubunda bu mövsüm WSB liqasında bir döyüş keçirən Leonid Çernobayev ölkəsini 91 kq çəki dərəcəsində təmsil edəcək. “Baku Fires”dən bizə tanış olan daha bir boksçu – Məhəmməd Nuruddinov da Bakıya gələcək. Vaxtilə komandamızın heyətində çıxış etmiş Avropa çempionatının gümüş mükafatçısı 69 kq çəki dərəcəsində yarışacaq. Belarus komandasının liderlərindən biri qitə çempionu Vazgen Safaryants (60 kq) olacaq. İvan Fiqurenko (52 kq), Dmitri Asanov (56 kq), Yevgeni Dolqolivets (64 kq), Vitali Bondarenko (75 kq) və Sergey Novikov da (81 kq) Avropa Oyunlarında mübarizə aparacaqlar. Qadınların turnirində Yana Burim və Viktoriya Kebikova çıxış edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right