"Bakı-2015": Daha bir yığmamızın heyəti açıqlandı

Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək triatlonçuların adları açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, Bakı-2015-də ölkəmiz 3 idmançı ilə təmsil olunacaq.

İyunun 13-14-nə təsadüf edəcək triatlon yarışlarında kişilərin mübarizəsində Rostislav Pevtsovla Aleksandr Yatsenko, qadınların yarışında Kseniya Levkovskaya start xəttinə çıxacaqlar.

Avropa Oyunlarında triatlonçular 2 dəst medalçını müəyyənləşdirəcəklər. Yarışlara ümumilikdə 130 idmançı (65 kişi, 65 qadın) qatılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right