Seulda 10-cu medal da "Neftçi"dən gəldi

Azərbaycan yığması Cənubi Koreyanın paytaxtı Seulda paralimpiyaçılar arasında keçirilən Ümumdünya oyunlarında 10-cu medalını qazanıb.

Newsport.az-ın məlumatına görə, millimizə növbəti uğuru da “Neftçi İdman Klubu"nun üzvü qazandırıb.

Belə ki, bu dəfə fəxri kürsüyə cüdoçumuz Afaq Sultanova qalxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 3-cü yeri tutub.  

Azərbaycan idmançılarının Ümumdünya oyunlarında hələlik 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Medalların hamısı "Neftçi İdman Klubu"nun aktivindədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right