"Bakı-2015": Asayişi 24 min polis qoruyacaq

Birinci Avropa Oyunları müddətində asayişin təmin olunmasına 24 min polis əməkdaşının cəlb edilməsi planlaşdırılır.

Newsport.az lent.az-a istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib.
 
Nazir müavini əlavə edib ki, nazirlik 2014-cü il dekabrından etibarən istifadəyə verilən və tikilməkdə olan idman arenalarının mühafizəsinə başlayıb: “İdman arenaları istifadəyə verildikcə, biz həmin arenaların necə mühafizə olunması ilə bağlı təlimlər keçirmişik. Hər bir əməkdaşa fərdi qaydada qarşısında duran vəzifələr izah olunub və yoxlanılıb. Martda daxili işlər nazirinin əmri ilə Avropa Oyunları ilə bağlı qərargah yaradılıb və idmançıların qalacağı ərazilərdə 15 köməkçi qərargah təşkil edilib. Bu qərargahların hər birinə peşəkar hazırlığa malik olan təcrübəli şəxslər rəhbər təyin olunub. Aprelin 29-da isə nazirin şəxsən iştirakı ilə hazırlıq təlimləri bir daha yoxlanılıb”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right