London Olimpiadasının bürünc mükafatçısı Bakıya gəlir

Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Litva milli komandasının heyəti açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, Bakıda təşkil olunacaq yarışda pribaltikalılar 7 boksçu ilə təmsil olunacaq.

Komandanın ən tanınan idmançısı London Olimpiadasının bürünc mükafatçısı 64 kq çəki dərəcəsində çıxış edən Evaldas Petrauskasdır. Bundan başqa Bakıda keçirilən AİBA Pro Boxing yarışlarında iştirak etmiş, Avropa çempionatının gümüş mükafatçısı Eimantas Stanionis də (69 kq) Azərbaycan paytaxtına gələcək. Edqaras Skurdelis (60 kq), Tomas Pivarunas (75 kq) Tadas Tamaşauskas (91 kq) və Mantas Valabiçius da (+91 kq) "Cristal Hall"da rinqə çıxacaqlar. Qadınların yarışında Ana Starovoitova (54 kq) mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right