Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" veloyürüşündə 5-ci mərhələyə start verilib.
Newsport.az-ın məlumatına görə, sonuncu mərhələ Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutur və mötəbər yarış öncəsi son sınaq xarakteri daşıyır.
Start və finiş xətti "Azadlıq Meydanı"nda olan bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət edəcəklər.
Saat 10:45-də mərhələyə start verildi. İdmançıların finiş xəttinə 14:00-da çatması planlaşdırılır.
Televiziya tamaşaçıları saat 12:45-dan etibarən 5-ci mərhələni "Eurosport-2" və "İdman Azərbaycan" kanalları vasitəsilə canlı izləyə bilərlər.