Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevtsov Çenqduda (Çin) keçirilən Dünya Kubokunun gümüş medalını qazanıb.
Newsport.az-ın məlumatına görə, o, həmçinin Olimpiya Oyunlarına vəsiqə almaq üçün öz aktivinə reytinq balları da yazıb.
Bu, idmançının ilk belə uğuru deyil. Ötən il o, Meksikada Panamerika Kubkonun gümüş medalını, Asiya Kuboku və Macarıstanda keçirilmiş Dünya Kubokunda 2-ci olub. Çarı mövsümdə Pevtsov Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunun qızıl medalını qazanıb.