Millimizin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

"Bakı-2015" I Avropa Oyunlarının basketbol üzrə 3x3 yarışlarının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yarışda 10 ədalət təmsilçisi iştirak edəcək.

Bunlardan ikisi - Canluka Mattioli (İtaliya) və Marek Maliszevski (Polşa) baş hakim funksiyasını yerinə yetirəcək. Digər 8 hakim isə 6 ölkəni təmsil edir. Bunlar Erik Bertrand (İsveçrə), Vlad Çizdareanu (Rumıniya), Yelena Çernova (Rusiya), Edit Oudshoorn (Hollandiya), Yeqor Mitrofanski, Rauno Peerandi (hər ikisi Estoniya),

Ələkbər Həsənov və Ruslan Xalıqovdu (hər ikisi Azərbaycan).

Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right