"Tour d’Azerbaidjan-2015": "Synergy Baku"nun üzvü II yeri tutdu

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" veloturunda ikinci mərhələyə yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, 24 ölkəni təmsil edən 25 komandanın üzvləri 187 km məsafəni qət ediblər. Yarışa İsmayıllıda yekun vurulub.

Mərhələnin qalibi Sloveniyanı təmsil edən “Adria Mobil” komandasının üzvü Primoz Roqlik olub. "Synergy Baku"nun üzvü Matey Muqerli ikinci yerə sahib çıxıb. Kristofer Horner (“Airgas-Safeway”, ABŞ) isə finiş xəttini üçüncü keçib.

“Sinergy Baku”nun üzvü Maksim Averin yaşıl köynəyi ələ keçirib. Bənövşəyi köynəyin sahibi isə Frantişek Sisr  (“Dukla”, Çexiya) olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right