"Baku Fires" - "Mexico Guerreros": heyətlər açıqlandı

Mayın 6-7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin görüşləri keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” A qrupunda 3-cü yeri tutan “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.

İlk yarış günündə çəkisi 49, 56, 64,  75, 91 kq olan boksçular rinqə çıxacaq. Mayın 7-də isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq.        

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Mexico Guerreros”    

49 kq. Rəsul Saliyev – Jozelito Velaskes Altimirano       
56 kq. Yaraş  Maqomedov – Alfredo Çirno Sançes      
64 kq. Zaur Abdullayev – Raul Kuriel Qarsiya         
75 kq. Jaba Xositaşvili – Rodrigez Olivas         
91 kq. Leonid Çernobayev – Kastillyo Torres    

Məşqçilər korpusu Olimpiya oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq, ehtiyat qüvvəyə şans verib. Bu görüşdə komandamızın heyətində üç  boksçu – Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edəcək.

Meksika klubu isə “Baku Fires”lə görüşə güclü heyətlə çıxacaq. 49 kq çəki dərəcəsində döyüşəcək Velazkes Altimirano fərdi reytinqdə 3-cü yeri tutaraq, son anda Rio De Janeyro Olimpiadasından kənarda qalıb.  O, cari mövsümdə 6 qələbə qazanıb, 1 dəfə məğlub olub.

64 kq çəki dərəcəsində Zaur Abdullayevi də çətin görüş gözləyir. Boksçumuz Rio Olimpiadasına vəsiqə qazanan Raul Kuriel Qarsiya ilə üz-üzə gələcək. Meksika boksçusu bu mövsüm 6 görüşdə qalib gəlib, birində məğlub olub.

Xositaşvili və Çernobayevin rəqibləri  elə də yaxşı təsir bağışlamadıqlarından hər iki boksçumuzun qələbə şansları yüksək qiymətləndirilir.

Bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq.

Digər 1/4 finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right