Üzgüçülük üzrə beynəlxalq turnir

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar üzgüçülük idman növü üzrə beynəlxalq turnir başlayır. Mayın 2-7-də Xaçmaz Olimpiya İdman Kompleksində. Bu beynəlxalq turnirə turnirə 6 ölkədən 90-a yaxın idmançı qatılması planlaşdırılır. Turnir çərçivəsində idmançılar üzgüçülüyün bütün növlərində müxtəlif məsafələrdə güclərini sınayacaq.

Federasiyadan verilən məlumata görə, 1997-98-ci il təvəllüdlü və daha kiçik yaş həddlərində mübarizə aparacaq üzgüçülər arasında Azərbaycan komandası 40 idmançı ilə təmsil olunacaq. Turnirə Gürcüstan komandası 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya və Ukrayna komandaları isə hərəsi 4 üzgüçü ilə iştirak edəcək.

Newsport.az-ın məlumatına görə, qonaq komandaların gəlişi mayın 2-ə nəzərdə tutulub. Açılış mərasımı isə may ayının 3-də Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək. May ayının 6-da turnirin qalibləri Azərbaycan Üzgüçülük Federasiyasının təsis etdiyi medallar və diplomlar, eləcə də qiymətli hədiyyələrlə təltif olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right