Böyüklərdən ibarət milli komanda bu gün Qazaxstanda keçiriləcək Qran-Pri turnirinə yollanır.
Belə ki,29-31 avqust tarixlərində Qazaxstanın Astana şəhərində baş tutacaq yarışa öz çəki dərəcələrində reytinqləri yüksək olan idmançılar qatılacaq.
Newsport.az saytının məlumatına görə, bu il, ikincidəfə keçiriləcək Qran-Pri turniri davamlı olaraq, Böyük Britaniya və Meksikada təşkil ediləcək. Xatırladaq ki, G4 dərəcəli Qran-Pri yarışlarında yüksək yerləri tutmuş taekvondoçular reytinq xallarını 40xal artırmış olacaqlar.
Yarışa 4 taekvondoçu ilə yollanan milli komandamızın baş məşqçisi,əməkdar məşqçi Ələkbər İmaməliyev,qadınlardan ibarət milli komandanın baş məşçisi,kişilərdən ibarət komandanın böyük məşqçiləri,əməkdar məşqçilər Gündüz Abdullayev və Elnur Amanov tərəfindən müəyyən edilmiş heyət aşağıdakı kimidir:
1.Ramin Əzizov (-80 kg)
2.Radik İsayev (+80 kg)
3.Günay Ağakişiyeva (-57 kg)
4.Fəridə Əzizova (-67 kg)25.08.2014