"Bakı-2015"dən daha bir müqavilə

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədi ilə "Nestle" Azərbaycan şirkəti ilə müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan "Nestle" Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müslişokoladları ilə təmin edəcək.

Müqavilədə nəzərdə tutulan Nestlé məhsullarına KIT KAT, LION, NESTLÉ FITNESS və NESCAFÉ daxildir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçıdirektoru cənab Saymon Kleq çıxışında bildirib:

"Nestlé ticarət nişanı bütün dünyada tanınır və ilk Avropa Oyunlarının çox dəyərli təchizatçısı olacaq."

"Nestle" şirkəti Avropa Oyunları ilə tərəfdaşlıq edən və idman təqviminə daxiledilən bu möhtəşəm hadisəyə dəstək göstərən digər tanınmış beynəlxalq vəAzərbaycan şirkətləri sırasına daxil oldu".

Qeyd edək ki, Nestlé Azərbaycan şirkəti, Azersun Holding, Bazarstore, McDonald’s Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Sitecore və Tickethour şirkətlərindən sonra, ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmidəstəkçi oldu.   





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right