Azərbaycan millisi Avropa çempionatında

Rusiyanın Nalçik şəhərində taekvondo üzrə ilk dəfə olaraq “Olimpiya Çəki Dərəcələrində Avropa Çempionatı” keçiriləcək.

Newsport.az-ın məlumatına görə, 25-29 mart tarixlərində baş tutacaq yarışda Azərbaycan yığması da iştirak edəcək.

Turnirdə ölkəmizi Mikayıl Əliyev, Kamil Abdurrazakov (hər ikisi -58 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-80 kq), Radik İsaev və Ahmad Mohammadi (hər ikisi 80 +kq) təmsil edəcəklər.

Komandamıza baş məşqçisi Reza Mehmandoust Soumaehsaraei və böyük məşqçi Elnur Amanov rəhbərlik edəcəklər. Həmçinin, yarışda beynəlxalq dərəcəli hakimimiz Elşad Məmmədov da iştirak edəcək.

Reytinq xarakterli “G1” kateqoriyalı Avropa Çempionatında ilk 3 yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right