"Bakı-2015": Millimiz Almaniya ilə eyni qrupda

Bakı-2015-in su polosu yarışlarının püşkü atılıb. 

Newsport.az-ın məlumatına görə, Lixtenşteyndə baş tutan mərasimdə 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən kişilərdən ibarət Azərbaycan millisi B qrupunda gücünü yoxlayacaq. Komandamız Macarıstan, Almaniya və Rumıniya ilə münasibətinə aydınlıq gətirəcək.

Qadınların mübarizəsində isə Azərbaycan təmsilçisi olmayacaq. Ev sahibi kimi yarışda iştirak hüququ qazanan, lakin Avropa Oyunlarına qatılması məqbul hesab olunmayan komandamızı Rusiya əvəzləyib.

 

Kişilər

A qrupu: İtaliya, Rusiya, Fransa, Ukrayna

B qrupu: Macarıstan, Azərbaycan, Almaniya, Rumıniya

C qrupu: Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə

D qrupu: Serbiya, İspaniya, Slovakiya, Malta

 

Qadınlar

A qrupu: Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya

B qrupu: İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa, Serbiya

 

Reqlamentə əsasən ilk pillələrin sahibləri birbaşa mərhələ adlayacaq. 2-ci və 3-cü yeri tutacaq komandalar isə digər qruplarda eyni yerlərin sahibləri ilə pley-off oynayacaqlar. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right