Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi Dənizkənarı parkda çoxsaylı idman tədbirləri keçirərək Azərbaycan xalqı ilə birgə Novruz bayramını qeyd edib.
Newsport.az-ın məlumatına görə, yarışın Novruz festivalı şəhərin möhtəşəm tikililərindən biri olan Muzey Mərkəzinin binası üzərində 3D şou ilə başa çatıb.
Minlərlə paytaxt sakini aydın və günəşli bir gündə ailəlikcə festivalı izləməyə gəlib və Bakı-2015 I Avropa Oyunların idman növləri haqqında məlumatlanma imkanı əldə edib. Həmçinin, interaktiv nümayiş stendlərində həmin idman növləri üzrə özlərini sınadıqları bayram tədbirlərinə qatılıblar.
Son üç gün ərzində hər gün 4 müxtəlif idman növü təqdim edilib. Buraya velosiped idmanı, gimnastika, triatlon, taekvondo və güləş də daxil olmaqla bu ilin iyun ayında Bakı-2015 Avropa Oyunlarında yarışlar aparılacaq bütün idman növləri daxil idi. Festivala gəlmiş insanlar uşaqları əyləndirən və onlarla birgə şəkil çəkdirən simvollarımız Nar və Ceyranla tanış olmaq şansını da əldə ediblər.
Gecə Bakı-2015-in Ulduz Elçilərindən biri olan DJ Shock-un çıxışı ilə davam edib. Bu çıxışı izləyən tamaşaçılar çimərlik futbolu üzrə gənc oyunçular arasında ən yaxşı BTT ustalarından bəzilərinin nümayişləri ilə yanaşı, stolüstü tennis və güləş üzrə canlı yarışları da seyr etmək imkanına sahib olublar.
Bakı-2015-in fəxri könüllüləri olan 100-dən çox Alov Qoruyanın da iştirak etdiyi Bakı-2015 Novruz festivalı idman və Novruz ənənələrini nümayiş etdirərək və onlayn bilet satışının başlamasını qeyd edərək Muzey Mərkəzinin binası üzərində möhtəşəm 3D şousu ilə başa çatıb.