Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Novruz” turnirinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, ilk 3 oyunda 2 qələbə qazanan Azərbaycan millisi son matçına çıxıb.
Komandamız yekun görüşdə “Tulpar-SKİF”lə üz-üzə gəlib. 3-cü yerin taleyinə aydınlıq gəldiyi qarşılaşmada yığmamız 81:73 hesabı ilə uduzub.
Beləliklə, komandamız bürünc medala sahib ola bilməyib.