"Baku Fires" "Astana Arlans"a qarşı

Bu gün Qazaxıstanın Çimkənd şəhərində  Ümumdünya BoksSeriyasının (WSB) 10-cu turu çərçivəsində “Baku Fires”  “Astana Arlans”ın qonağı olacaq. 

Newsport.az-ın məlumatına görə, cari mövsümdə bütün görüşlərdə qalib gələn Qazaxıstan komandası 27 xalla qrupun vahid lideridir.     

Komandaların heyətləri artıq məlumdur:

 

“Astana Arlans” – “Baku Fires”   

52 kq. Oljas Sattıbayev  – Murad Rabadanov    

60 kq. Zakir Safiullin  – Albert Səlimov     

69 kq. Kanaqat Maralov  - Pərviz Bağırov     

81 kq. Hrvoe Sep  – Mixail Dauqalivets      

+91 kq. Filipp Hrqoviç – Hacı Murtuzəliyev    

 

“İtalia Thunder”lə səfər qarşılaşmasında qalib gələn Rabadanov bu dəfə də heyətə daxil edilib.

“Baku Fires”in baş məşqçisi fərdi reytinqdə 1-ci olan Albert Səlimovu da Qazaxıstana aparmağı məqsədə uyğun sayıb. Boksçumuz ötən il Bakıda keçirilən “İpək Yolu” turnirinin qalibi olmuş Safiullinlə üz-üzə gələcək. 

Fərdi reytinqdə 4-cü yerdə olan Pərviz Bağırov lisenziya şansını artırmaq üçün mütləq Qazaxıstandan qələbə ilə dönməlidir.

“Astana Arlans” komandasının ən güclü boksçuları 81 və super ağır çəki dərəcələrində olan idmançılardır. Xorvatiyalı Hrvoe Sep hazırda fərdi reytinqdə 3-cü yeri tutur. Xorvatiyalı boksçu 2011-ci ildə Ankara keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub.  

Filipp Hrqoviç reytinq cədvəlinə başçılıq edir.  Onun qarşısına bu il liqada ilk görüşünü keçirəcək  Hacı Murtuzıliyev çıxacaq.   

Qubada keçirilən görüşdə “Astana Arlans” Baku Fires”i 3:2 hesabı ilə məğlub etmişdi.   

Bu həftə B qrupunda  “Caciques Venezuela” doğma divarlar arasında USA “Knockouts” komandasını qəbul edəcək.  “Puerto Rico Hurricanes” “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland”  isə “Argentina Condors”un qonağı olacaq.  

 

Turnir cədvəli

“Astana Arlans” – 27 xal,  (döyüşlərin nəticələri  37-8)

Baku Fires – 20, (31-14)

USA “Knockouts” – 19,  (25-20)

İtalia Thunder” – 16, (25-19)

“Puerto Riko Hurricanes” – 14, (20-25)

“Venezuela Cacquez” – 11, (16-29)

“Rafako Hussars Poland” – 10, (17- 28)

 “Argentina Condors” – 1,  (8-36)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right