İslandiyada fiasko

İslandiyada təşkil olunan şahmat üzrə “Reykyavik Open” turnirinə yekun vurulub. 

Newsport.az-ın məlumatıa görə, yarışda mübarizə aparan həmyerlilərimiz Şəhriyar və Zeynəb Məmmədyarovlar mükafatçılar sırasına düşə bilməyiblər.

Belə ki, sonuncu – X turda hindistanlı Abhijit Qupta (2625) ilə qarşılaşan Şəhriyar (2756) heç-heçə edib. Zeynəb (2303) isə belçikalı Jean-Kristof Tiri (2031) ilə qarşılaşmada şahını qoruya bilməyib.

Beləliklə, 10 turun yekununa əsasən Şəhriyar 7,5 xalla 6-cı, ondan 3 xal az toplayan Zeynəb 160-cı yer tutublar. Yarışın qalibi adına isə Ervin Lami (Hollandiya) yiyələnib. O, 8,5 xalla hamını qabaqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right