Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Novruz” turnirinə start verilib. Azərbaycan millisi ilk qarşılaşmasında Qazaxıstanın “Kapşaqay” klubu ilə üz-üzə gəlib.
Newsport.az-ın məlumatına görə, görüş Elxan Əliyevin yetirmələrinin 69:80 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yarışa qatılan Özbəkistan millisi də yığmamızın taleyini yaşayıb. Onlar da Qazaxıstanın digər klubu - “Kaspi”yə uduzublar.
Komandamız II turda “Universitet”lə oynayacaq