Bakı Olimpiya Stadionunun açılacağı tarix məlum oldu

"Bütün idman qurğularının açılış mərasimi eyni tarixdə baş tutacaq". 

Newsport.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionda gedən işlərlə tanış olub:

 "Artıq işlərin 97 faizi tamamlanıb. Hər hansı idman qurğusunun xüsusi açılış tədbirini gözləmirik. Çünki idman qurğusu hazır olan kimi müvafiq avadanlıqlar quraşdırılacaq. Açılış elə iyunun 12-nə təsadüf edəcək. Ən yaxın tarix budur".(Report)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right